📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İddia: “ABŞ Zelenskiyə Kiyevi tərk eləməsini söyləyib”

2022-02-23 11:59:00

İddia: “ABŞ Zelenskiyə Kiyevi tərk eləməsini söyləyib”

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Vaşinqtondan olan iki anonim mənbənin NBC News kanalına verdiyi məlumatda Ukraynanın paytaxtı Kiyevin Rusiya ordusu tərəfindən işğal ediləcəyi təqdirdə, Prezident Vladimir Zelenskinin Polşa sərhədindən 80 km məsafədə yerləşən Lvov şəhərinə köçməsi ehtimalı ilə bağlı Co Bayden hökumətinin üzvlərinin müzakirələr apardığı bildirilir.

Lvov şəhəri Ukraynanın böyüklüyünə görə ikinci şəhəridir.

NBC News kanalının xəbərinə görə, Rusiyanın işğal ehtimalının artması ehtimalı səbəbindən Kiyev ilə Vaşinqron Ukrayna rəhbərliyinin ölkənin qərbindəki Lvov şəhərinə köçürülməsi planları ilə bağlı məşvərət edirlər.

Bəlli olduğu kimi, ötən həftə ABŞ öz səfirliyini və bütün diplomatlarını Kiyevdən uzaqlaşdırmağı qərara alıb. Vaşinqton Rusiyanın hücum ehtimalına qarşı Kiyevdəki Amerika vətəndaşlarına da mümkün olan ən qısa müddət ərzində oranı tərk eləmək xəbərdarlığı edib.

Zelenskinin mətbuat katibi isə Ukrayna Prezidenti ilə amerikalı həmkarı Bayden arasında onun Kiyevdən Lvova köçməsi barəsində müzakirə aparılmadığını bildirərək, iddiaları rədd edib.

Hürr Tərcüman