İddia: "Haniyə raket zərbəsi ilə yox, evdə gizlədilmiş bomba ilə öldürülüb"
2024-08-01 19:19:25
Hurriyyet.az xəbər verir ki, "Nyu-York Tayms" nəşri öz araşdırmasına istinadla, Fələstinin HƏMAS təşkilatının siyasi bürosunun başçısı İsmayıl Haniyənin İsrailin raket zərbəsi ilə deyil, evdə gizlədilmiş bombanın partladılması nəticəsində həlak olduğunu iddia edib.
Bombanın Haniyənin Tehranda qonaq qaldığı evdə iki ay əvvəldən quraşdırıla biləcəyi qeyd edilib. Məqalədə yazılır ki, partlayıcı qurğu Haniyənin öz otağında olması təsdiq edildikdən sonra məsafədən işə salınıb. Mehmanxana İslam İnqilabı Keşikçiləri Korpusunun idarəsi və mühafizəsi altında olub.
Hürr Tərcüman