📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İddia: “İran ruslara dron təlimləri keçir”

2022-08-12 20:35:00

İddia: “İran ruslara dron təlimləri keçir”

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, ABŞ XİN-in mətbuat katibinin köməkçisi Vedant Panel İranın rusiyalı hərbçilərə dron idarəsi təlimi keçdiyini iddia edib. Onun sözlərinə görə, iki ölkə arasında pilotsuz uçuş təyyarələri transferi razılaşmasının bir parçası olaraq, son bir neçə həftə içərisində rusiyalılar İranda təlim keçiblər.

ABŞ-dan səsləndirilən digər iddialara görə, ötən ay İran Rusiyaya bir neçə yüz PUA satmağa hazır olduğunu bildirib. Rusiyalı səlahiyyətli nümayəndələr isə dronlarla tanış olmaq üçün İrana səfər ediblər. Rusiyanın İrandan Şahid-191 və Şahid-129 dronları satın almağa hazır olduğu iddia edilmişdi.

 

Hürr Tərcüman