📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İddia: “Pentaqonun rəhbəri Almaniyaya təzyiq göstərəcəklərini söyləyib”

2023-01-19 17:07:00

İddia: “Pentaqonun rəhbəri Almaniyaya təzyiq göstərəcəklərini söyləyib”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Lloyd Ostinin Ukraynaya “Leopard” tankları vermələri üçün Almaniyaya təzyiq göstərəcəklərini söylədiyi iddia edilir. Bu barədə CNN telekanalına Pentaqonun (ABŞ MN) adı açıqlanmayan yüksək vəzifəli məmurunun məlumat verdiyi bildirilir.

Ostin hazırda Almaniyada rəsmi səfərdədir və orada Almaniyanın Müdafiə naziri ilə görüşüb. Cümə günü Almaniyada 50 ölkənin və beynəlxalq təşkilatların Ukrayna üzrə təmas qrupu Kiyevə yeni yardım imkanlarını müzakirə  edəcəklər.

Hürr Tərcüman