İddia: “Polşada Lukaşenkoya qarşı qiyam hazırlanır”
2023-06-19 12:54:00
Hurriyyet.az xəbər verir ki, Polşada Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı silahlı qiyam qaldırmağa hazırlaşan belaruslara təlim keçirildiyi iddia edilib. Bu barədə xəbər Brtianiyanın “Sandi Tayms” (The Sunday Times) nəşrində dərc edilib.
Qəzetin yazdığına görə, Belarusun xüsusi xidmət orqanlarının 2020-ci ildəki Prezident seçkilərindən və ardından baş verən mitinqlərdən sonra ölkəni tərk eləmiş keçmiş əməkdaşları yüzlərlə Belarus vətəndaşına təlim keçirlər. Deduşka ləqəbli bir belarus nəşrə açıqlamasında deyib: “Biz dinc yolla getməyə cəhd elədik. Dövlət heç vaxt qansız azad ola bilməz”.
Hürr Tərcüman