📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İddia: “Tramp ABŞ-ı NATO-dan çıxarmağa hazırlaşırdı”

2022-06-18 14:50:00

İddia: “Tramp ABŞ-ı NATO-dan çıxarmağa hazırlaşırdı”

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti postuna keçmiş namizəd Hillari Klinton “Financial Times” nəşrinə müsahibəsində belə bir açıqlama verib.

Eks-prezident Bill Klintonun xanımının sözlərinə görə, Donald Tramp 2020-ci ildə ikinci dəfə prezident seçiləcəyi təqdirdə ABŞ-ı NATO ittifaqından çıxarmağa çalışırmış. Hillari Klinton deyib: “Tramp 2020-ci ildə qələbə çalsaydı, ABŞ NATO-dan çıxacaqdı. Buna şübhəm yoxdur”. H.Klintonun fikrincə, 2024-cü ildə Tramp yenidən seçkilərdə iştirak edə bilər.

Hürr Tərcüman