İddia: "Ukrayna da Almaniya kimi Rusiya ilə NATO arasında bölüşdürüləcək"
Hurriyyet.az xəbər verir ki, NATO təmsilçiləri Ukraynanın təhlükəsizliyinin təminatı və alyansa qəbul edilməsi imkanı qarşılığında Kiyevin öz ərazilərini Rusiyaya güzəştə getməsi variantını müzakirə edirlər. Bu barədə xəbəri İtaliyanın nüfuzlu "Repubblika" ("La Repubblica" - italyan dilində "Respublika" deməkdir) nəşri verib. Qəzetin yazdığına görə, bu ssenari rəsmi müzakirələrdə səsləndirilməsə də, qeyri-formal şəkildə irəli sürülür və xüsusilə də ABŞ-dakı seçkilər ərəfəsində getdikcə daha real görünür.
Qəzetin yazdığına görə, Rusiyanın Krımı və iki il ərzində işğal elədiyi bütün əraziləri özündə saxlaması, yalnız bundan sonra sərhədlərin qeydə alınması və Ukraynanın əlində qalan torpaqları ilə NATO-ya daxil olması təklif ediləcək.
Qəzetin yazdığına görə, bu variant II Dünya müharibəsindən sonra Almaniyanın Qərbi və SSRİ-nin nəzarətində olan Şərqi Almaniyaya bölünməsinə bənzəyir. Nəşr iddia edir ki, belə ssenari ABŞ Konqresinin Kiyevə yardımı əngəlləməsini aradan qaldırmağa kömək edəcək.
Hürr Tərcüman