📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İddiaçılar TURNİRİ: Rəcəbov Nepomnyaşi ilə heç-heçə EDİB

2022-06-29 22:29:00

İddiaçılar TURNİRİ: Rəcəbov Nepomnyaşi ilə heç-heçə EDİB

İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.

Şahmatçımız 10-cu turda turnirin lideri Yan Nepomnyaşiyə (Rusiya) qarşı qara fiqurlarla çıxış edib. 37-ci gedişdə oyun heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, iki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.

Hazırda turnir cədvəlində vəziyyət aşağıdakı kimidir: Nepomnyaşi - 6,5, Karuana - 5,5, Nakamura, Dinq Liren - hərəyə 4,5, Rəcəbov, Rapport, Firuzja - hərəyə 4, Duda - 3,5 xal. \\Milletinsesi.info