📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İdeal müxalifətimiz var, sizə təşəkkür edirəm - Simonyan

2024-02-27 22:07:00

İdeal müxalifətimiz var, sizə təşəkkür edirəm - Simonyan

Əgər Ermənistanın indiki hakimiyyəti qapıları açıb getsə, müxalifət yenə də hakimiyyətə gələ bilməyəcək.

Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün parlamentdəki çıxışında müxalifətə cavab olaraq deyib.

“Bu gün Ermənistanda ideal müxalifət var, buna görə sizə təşəkkür edirəm. Əgər indiki hakimiyyət qapıları açıb getsə, bu müxalifət yenə də hakimiyyətə gələ bilməyəcək, çünki Ermənistan vətəndaşları sizə bunu etməyə imkan verməyəcək”, - o bildirib. \\Axar.Az