📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İdman Akademiyasında nələr baş verir? - 100 nəfər işdən azad olundu

2025-01-09 14:22:46

İdman Akademiyasında nələr baş verir? - 100 nəfər işdən azad olundu

Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

Hurriyyet.az bildirir ki, ixtisarlar ötən ay baş verib.

Qeyd olunur ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Həmçinin işdənçıxarılmaların davam edəcəyi gözlənilir.

İşdən çıxarılanlar arasında vəzifəli şəxslər də var. 

Ümumiyyətlə, Azərbaycan İdman Akademiyasının adı və imici barədə uzun illərdir fərqli məlumatlar səslənir. Universitetə qəbuldan tutmuş, dövlət imtahanlarına kimi xoşagəlməz məlumatlar dolaşır, tələbələrin narazılığı açıq qeyd olunur.

Oxu.az