📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İdman TV”nin canlı yayımında kuryoz hadisə - VİDEO

2021-10-02 09:46:00

“İdman TV”nin canlı yayımında kuryoz hadisə - VİDEO

İdman TV-nin canlı yayımı zamanı müxbir İbrahim Məmmədli çətin anlar yaşayıb.

Hurriyyet.az xəbər verir ki, Bakı İdman Sarayından efirə canlı bağlanan telekanalın əməkdaşı futzal üzrə ölkə çempionatında yeni mövsümə start verilməsi ilə bağlı danışıb.

Bu zaman "Neftçi" - "Ekol" matçının yan xətt hakimi arxaya doğru qaçanda fərqinə belə varmadan müxbirə dəyib.

İ.Məmmədli "Canlı bağlantılar zamanı belə hallar olur" deyərək vəziyyətdən çıxmağa çalışıb.

Həmin anın videosunu təqdim edirik: