📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İdmançımız Avropa çempionatında 3 medal qazanıb

2024-06-18 22:28:27

İdmançımız Avropa çempionatında 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatında 3 medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, atlet birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.