📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İdmançımızı vuran erməni yarışdan qovuldu - Video

2023-07-04 12:13:00

İdmançımızı vuran erməni yarışdan qovuldu - Video

Xəbər verdiyimiz kimi, dünən Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində erməni təxribatı baş verib. İdmançımız Alika Semihovaya məğlubiyyətini həzm edə bilməyən erməni rəqib qarşılaşmadan sonra görüşmək üçün yaxınlaşarkən onu yumruqla vurub. Sözügedən idmançı etdiyi hərəkətə görə çempionatdan uzaqlaşdırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, erməni karateçi həm də finalda idmançımız Alika Semihovaya uduzaraq qazandığı gümüş medaldan məhrum edilib.