📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı

2026-02-15 13:05:46

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin hazırda davam etdirildiyi bildirilib: "1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".

Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.