İflic xəstəsi olan azyaşlının yeriməsi üçün Carrier Bike aparatı lazımdır - BİRİNCİ XANIMA MÜRACİƏT EDİLDİ
Sumqayıt şəhəri Xəzər bağları ev 12 ünvanında yaşayan Məmmədov Vüqar Asif oğlu "Hürriyyət"ə müraciət edərək, qızı Jalə Məmmədlinin serebral iflic xəstəliyindən əziyyət çəkdiyini deyir. O övladının yeriməsi üçün Carrier Bike aparatına ehtiyac olduğunu bildirib. Sumqayıt sakini "Hürriyyət"in vasitəsilə Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb:
"Yazıb sizə bildirirəm ki, övladım Məmmədli Jalə Vüqar qızının 6 yaşı var. Serebral iflic xəstəliyindən əziyyət çəkir. Danışa,otura, yeriyə bilmir. Üç dəfə ayaqlarından əməliyyat olunub. Ayaqda qalması,yeriməsi üçün Carrier Bike aparatı lazımdır. Aparatın 4000 (dörd min) manat qiyməti var. Aparat yalnız MedCom-da satılır. Bizim isə buna maddi imkanımız çatmır. Xahiş edirik bu aparatın alınmasında bizə köməklik edəsiniz".
YƏHYA

