📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

II Elizabetin ölümündən sonra bu ölkələrin valyutaları dəyişdiriləcək

2022-09-10 12:28:00

II Elizabetin ölümündən sonra bu ölkələrin valyutaları dəyişdiriləcək

Kraliça II Elizabetin ölümü ilə bir neçə ölkənin pul vahidi üzərindəki əks yeni monarxın şəkli ilə əvəz olunacaq.

Söhbət Böyük Britaniya və Millətlər Birliyi ölkələrinin əskinas və sikkələrindən gedir.

Artıq Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka, Şərqi Qəraib və s. mərkəzi bankları III Çarlzın əks olunduğu yeni pul vahidlərinin çap olunacağını açıqlayıb. 

Bu ölkələrin valyutalarının dəyişməsi dərhal olmayacaq və yeniləmə mərhələli şəkildə həyata keçiriləcək.

Yenisabah.az