📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

II Nikolayın bacısının platarından 1903-cü ilin konfeti tapıldı - Foto

2021-12-17 22:55:00

II Nikolayın bacısının platarından 1903-cü ilin konfeti tapıldı - Foto

Rusiyanın son imperatoru II Nikolayın bacısı Kseniya Aleksandrovnanın paltarında XX əsrin əvvəllərinə məxsus konfet tapılıb. 

Bu barədə Ermitajın əməkdaşı İnstaqramda məlumat verib. O bildirib ki, 1903-cü ilə aid olan konfeti ali kateqoriyalı rəssam-bərpaçı Qalina Federova paltarın qoluna tikilmiş hissədə tapıb:

"Tikiş hissəsi bərk deyildi. Sapı çəkdim və ovcumun içinə çəhrayı, yastı formalı bir şey düşdü. Dadına baxdım, şirin idi. Məlum oldu ki, bu, Knyaginyanın konfetdən hazırlanan dodaq boyasıdır".

Hazırda konfet paltarın yanında bir qutuda saxlanılır. O, ekspozisiyanın bir hissəsi olacaq. \\Axşam.az