📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"III Dünya müharibəsi başlana bilər"

2024-10-14 10:58:08

Hurriyyet.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto Ukraynanın NATO-ya daxil olmasının üçüncü dünya müharibəsinin başlanması demək olduğunu bəyan edib.
Nazir Rusiyanın "RİA Novosti" agentliyinə müshibəsində Ukraynanın NATO-ya daxil olmasının Rusiyanın alyansla münaqişəyə girməsi və deməli, üçüncü dünya müharibəsinin başlanması olacağını söyləyib.
Siyyarto hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Macarıstanın Ukraynanın NATO üzvü olmasını dəstəkləmədiyini deyib. Nazir əksər NATO ölkələrinin təmsilçilərinin  qeyri-rəsmi söhbətlər zamanı Kiyevin Şimali Atlantika blokuna daxil olmasının qeyri-mümkün olduğunu etiraf etdiklərini qeyd edib.
Hürr Tərcüman