📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İkardiyə "yox" deməyəcəyi təklif hazırlandı

2023-04-05 20:48:00

İkardiyə

İngiltərənin “Nyukasl Yunayted" klubu “Qalatasaray”da icarə əsasında forma geyinən Mauro İkardini transfer etmək istəyir.

PSJ-yə məxsus olan argentinalı hücumçu üçün “Nyukasl” yüksək məvacibi olan təklif hazırlayıb. Mauro İkardinin “Qalatasaray”dan ayrılmaq istədiyi barədə iddialar var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sərvət fondu “PIF”, “PCP”, “Capital Partners” və “Reuben Brothers” şirkətlərinin də daxil olduğu Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən konsorsium “Nyukasl”ı 352 milyon avroya alıb. \\Offsideplus.az