📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki‌ ‌ölkə‌ ‌razılaşdı:‌ ‌İranla‌ ‌razılaşa‌ ‌bilməsələr,‌ ‌vuracaqlar‌ ‌

2021-08-28 14:57:00

İki‌  ‌ölkə‌ ‌razılaşdı:‌ ‌İranla‌ ‌razılaşa‌ ‌bilməsələr,‌ ‌vuracaqlar‌ ‌

 

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Naftali Bennet ilə Ağ Evdə görüşən ABŞ Prezidenti Co Bayden İran ilə nüvə danışıqları məsələsində diplomatiya yolu ilə razılıq əldə edilməyəcəkləri təqdirdə, başqa variantlara hazır olduqlarını bəyan edib. Bu variantlar arasında döyüş ehtimalı da var.

Bayden ABŞ-ın İsrailə dəstəyini davam etdirəcəyini vurğulayaraq deyib: “Bu gün İran təhdidi və nüvə müqaviləsi danışıqları məsələlərini də müzakirə edəcəyik. Ən əvvəl bunu söyləmək istəyirəm ki, diplomatiyada uğur qazanılmasa, başqa variantlara əl atmağa hazırıq. İsrailin digər müsəlman və ərəb qonşuları ilə daha dərin əlaqələr yaratması da mühüm məsələdir”.