İki cüdoçumuz DÇ-nin 1/4 finalında qarşılaşdı, Kokauri qazandı - Yenilənir
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq.
Hurriyyet.net xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.
M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
***
Camal Qamzatxanov DÇ-yə qələbə başlayıb. O, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
***
Uşanqi Kokauri Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edərək növbəti mərhələyə çıxıb.
***
Azərbaycan cüdoçusu Kənan Nəsibov Losseni Koneyə qalib gələrək növbəti mərhələyə adlayıb.
***
Camal Qamzatxanov 1/16 finalda xorvatiyalı Nikita Sviridə qalib gəlib.
***
Camal Qamzatxanov 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevə qalib gəlib.
***
Uşanqi Kokauri 1/8 finalda polşalı Yakub Sordilə qalib gəlib.
***
Kənan Nəsibov da qalib gələrək 1/4 finala adlayıb.
***
DÇ-nin 1/4 finalında iki Azərbaycan cüdoçusu Uşanqi Kokauri və Kənan Nəsibov üz-üzə gəlib. Görüşdə Kokauri cərimə xalı ilə qalib gəlib.
***
Camal Qamzatxanov 1/4 finalda niderlandlı Yur Spiykersə qalib gəlib və yarımfinala çıxıb.