İki gənc qız "20 Yanvar" stansiyasında tunelə düşdü
2022-04-27 13:23:00
İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Hürriyyət"ə bildirilib ki, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
YƏHYA