İki gün əvvəl dənizdə batan iki bacıdan digərinin də meyiti tapılıb
2022-07-21 13:48:00
İki gün əvvəl dənizdə batan qızın cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.