📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib

2026-05-16 10:06:05

“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib

ABŞ Prezidenti Donald Tramp "Fox News"-a müsahibəsində İranla bağlı açıqlamalar verib.

Vaşinqtonun təmkinli siyasətinə toxunan Tramp ABŞ-nin körpülər və elektrik enerjisi istehsal edən qurğular kimi mülki infrastrukturu qəsdən hədəf almadığını vurğulayıb. 

“Biz onlara inanılmaz dərəcədə sərt zərbə vurduq” – deyə Tramp İrana dəyən ziyanın miqyasını xatırladaraq bildirib.

ABŞ prezidenti əlavə edib ki, istəsəydilər İranın enerji tutumunu və körpülərini qısa müddətdə sıradan çıxara bilərdilər:“Baxın, biz onların körpülərini və enerji obyektlərini hədəfə almadıq. Halbuki bütün bunları iki gündə aradan qaldıra bilərdik. Hər şeyi iki gündə məhv edə bilərdik”.