İki hava bazasının müqabilində 100 milyon dollar – ABŞ ilə Slovakiya arasında razılaşma əldə edildi
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ABŞ ilə Slovakiya təmsilçiləri Vaşinqtonda hərbi əməkdaşlığa dair razılaşma imzalayıblar. İmzalanan müqaviləyə əsasən, amerikalılara Slovakiyanın iki aerodromundan istifadə eləmək hüququ verilir, ABŞ isə Slovakiyanın müdafiə infrastrukturunun modernləşdirilməsinə 100 milyon dollar vəsait qoyur.
Ukrayna ilə Rusiya arasındakı hərbi böhran fonunda imzalanmış sənəd Slovakiyada birmənalı qarşılanmayıb. Ölkədə etiraz nümayişləri keçirilir, müxalif partiyalar referendum keçirilməsini tələb edirlər.
Slovakiya tərəfdən müqaviləni Xarici İşlər naziri İvan Korçok ilə Müdafiə naziri Yaroslav Nad imzalayıblar. ABŞ tərəfdən isə sazişi Dövlət katibi Entoni Blinken imzalayıb. Müqavilənin qüvvəyə minməsi üçün Slovakiya parlamentinin ratifikasiyası və ölkə prezidentinin imzası tələb olunur.
Hürr Tərcüman