İki həftədə 30 uşaq yoxa çıxdı! Superdövlət aciz qalıb
Hurriyyet.az “Yeni akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ polisi may ayının ilk iki həftəsində Ohayo ştatının Kilevlend şəhərində 30-a yaxın uşağın itkin düşdüyünü söyləyib.
Ohayo ştatının Nyuburq Hayts kəndinin Con Macoy adlı polis rəisi 2 və 16 may tarixləri arasında ən azı 27 uşağın itdiyini bildirib.
Eyni zamanda həm də Klivlendin İtkinlərin Axtarışı Təşkilatının direktoru kimi çalışan Macoy “Foks Nyus” kanalına müsahibəsində 2023-cü ildə 12-17 yaş arasında uşaqların itkin düşməsinin “görünməmiş həddə” çatdığını deyib: “Nədənsə 2023-cü ildə normalda gördüyümüzdən həddən artığını gördük ki, bu, təşviş doğurur. Çünki bu uşaqların başına nə iş gəldiyini – insan alverinin qurbanı olduqlarını, yoxsa, mafiyaların, yaxud da narkotikin girdabına düşdüklərini bilmirik”.
May ayının ortalarına olan məlumata görə, Klivlenddə ümumilikdə 56 itkin uşaq axtarışdadır.
Macoy 33 illik karyerası ərzində heç bu qədər yüksək sayda uşağın itkin düşməsi halı ilə qarşılaşmadığını deyib, bunu “burnumzun ucunda törədilən səssiz cinayət” adlandırıb. Macoy gənclərin çarəsiz qalqıqları zaman özlərini müdafiə eləmək üçün maşın oğurluğu və soyğunçuluq cinayətlərini törətmələrinə səbəb olan dəstələrə qoşulduqlarını, bədənlərini satdıqlarını, yaxu da narkotikdən istifadə etdiklərini əlavə edib.
Klivlend şəhərində və Ohayonun şimalındakı digər bölgələrdə artan itkindüşmə hadisələri ilə mübarizə məqsədilə ABŞ hüquq-mühafizə orqanları “Sizi Tapacağıq Əməliyyatı”na başlayıb.
Hürr Tərcüman