📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki hərbçi faciəvi şəkildə öldü

2023-12-04 09:40:13

İki hərbçi faciəvi şəkildə öldü

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, Salyan şəhəri N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.