📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki ildən sonra yenidən açıldı: Qəzzanı tərk edə biləcəklər

2026-02-02 14:33:38

İki ildən sonra yenidən açıldı: Qəzzanı tərk edə biləcəklər

“Rəfah” sərhəd-keçid məntəqəsi iki illik fasilədən sonra hər iki istiqamətdə yenidən açılıb. Razılaşmaya əsasən, 150 fələstinli Qəzzanı tərk edə biləcək.

Hurriyyet.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hazem Qassem açıqlama yayıb.

"Məntəqənin açılması Qəzzadakı Fələstin xalqının hüququdur. Müqavilənin birinci mərhələsinin əvvəlində açılması planlaşdırılırdı. Lakin işğalçılar bu prosesi gecikdirdi", - deyə o qeyd edib.

Qassem fələstinlilərin Qəzza zolağına tam azad şəkildə girib-çıxmaq hüququna malik olduğunu vurğulayıb. Bəyanatda vasitəçi və qarant ölkələrdən fələstinlilərin Qəzzada yeni blokada modelinə məruz qalmasının qarşısını almaq üçün "Rəfah" sərhəd keçid məntəqəsində İsrailin hərəkətlərini yaxından izləmələri tələb olunub.

Bununla yanaşı, Misirin bu gündən etibarən "Rəfəh" sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzadan gələn xəstələri qəbul etməyə başladığı qeyd olunub.