📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki maşın toqquşdu - Ana və 2 azyaşlı övladı yaralandı

2026-09-20 22:26:41

İki maşın toqquşdu - Ana və 2 azyaşlı övladı yaralandı

Salyanda yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.media  xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobili toqquşub. Qəzada Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı və onun iki azyaşlı övladı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.