İki mikroavtobus toqquşdu: xəsarət alanlar var - Video
2023-04-25 10:27:00
Bakı-Qazax yolunda iki mikroavtobusun toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, magistralın Ucar rayonu ərazisindən keçən hissəsində baş verən qəza zamanı bir neçə nəfər xəsarət alıb.
Sürücünün yanında əyləşən sərnişin isə yerinə sıxılmış vəziyyətdə qalıb.
Faktla bağlı araşdırma başlanıb.