📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki müsəlman ölkəsi arasında buzlar əriyir

2022-04-23 16:32:00

İki müsəlman ölkəsi arasında buzlar əriyir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Bağdadda Ər-Riyad ilə Tehranın danışıqlarının növbəti, beşinci mərhələsi keçirilib. Danışıqların müsbət atmosferdə keçirildiyi bildirilir.

Növbəti mərhələdə İranla Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin iştirakı ilə dialoq keçirilməsi planlaşdırılır.

2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanda 47 nəfər, o cümlədən şiə alimi Nimr əl Nimr “terrorçuluqda” ittiham edilərək edam edilmişdi. Bu addım İran tərəfindən çox böyük etirazla qarşılanmışdı. Nümayişçilər Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyini və Məşhəd şəhərindəki Səudiyyə Ərəbistanı Baş Konsulluğunu yandırmışdılar. Bundan sonra iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşmişdi.

Hürr Tərcüman