📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki ölkə arasında gərginlik! Hava hücumu iddiası

2021-10-19 15:09:00

İki ölkə arasında gərginlik! Hava hücumu iddiası

Hurriyyet.az “Yeni akit” nəşrinə istinadən xəbər verir ki, Efiopiya ordusunun Tiqray rayonuna hava hücumu nəticəsində azı 3 nəfərin həlak olduğu iddia edilir.

İki humanitar yardım işçisi ordunun Mekeledə hava hücumu həyata keçirdiyini bildirərək, hücum zamanı 3 nəfərin həlak olduğunu qeyd edib.

Ordu əməkdaşları hücumla bağlı açıqlama verməyiblər.

Mekele sakinlərindən olan Kindeya Qebrehivor “Assoşieyted Press” agentliyinə açıqlamasında bazar ərazisinin bombalandığını, çox sayda insanın yaralandığını söyləyib.

Hürr Tərcüman