📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki övladı və anası ağır xəstəlikdən əziyyət çəkir - TƏNHA QADIN YARDIM İSTƏYİR

2022-01-27 13:40:00

İki övladı və anası ağır xəstəlikdən əziyyət çəkir - TƏNHA QADIN YARDIM İSTƏYİR

Bakının Şüvəlan qəsəbə sakini Aysel Həsənova redaksiyamıza müraciət edərək bildirib ki, iki övladı və anası ağır xəstəliklərdən əziyyət çəkir. Övladlarına və anasına təkbaşına baxan qəsəbə sakini aidiyyatı qurumlardan yardım istəyib:

"İki övladım var. Qızımın 6 yaşı var. Gözlərində problem var. Oğlumun iki yaşı olacaq. Onun da xəstəliyi var. Həkim üç dioqnoz qoyub. Beyin daxili təzyiq, beyin sıxılması və beyin geriləməsi. Eyni zamanda anam da xəstədir. Anam ürək xəstəliyindən əziyyət çəkir. Hazırda övladlarıma və anama tək baxıram. Hazırda heç bir sosial müavinət ala bilmirəm. Övladım ağır xəstədir. Onu müayinədən keçirməyə apara bilmirəm. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bizə köməklik edəsiniz. Özəl və dövlət klinikalarında xahiş edirəm ki, oğlumu müayinədən keçirməyə yardımçı olsunlar".

Sözügedən ailəyə yardım etmək istəyən şəxslər aşağıdakı hesaba pul vəsaiti ianə edə bilərlər: