📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki polis faciəvi şəkildə öldü

2023-01-09 12:03:00

İki polis faciəvi şəkildə öldü

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib. 

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib.

Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.