İki rayona yeni prokuror təyin edildi
2022-03-18 11:04:00
Ağcabədi və Laçın rayonlarına yeni prokurorlar təyin olunub.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Bildirilir ki, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru, İlqar Səadətov isə Laçın rayon prokuroru vəzifəsinə təyinan alıb.
V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.