📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki taekvondoçumuz qızıl medal qazandı (FOTO)

2021-11-13 23:01:00

İki taekvondoçumuz qızıl medal qazandı (FOTO)

Gənclər arasında keçirilən Avropa birinciliyində daha iki idmançımız fəxri kürsüyə qalxıb.

Bosniya və Herseqovinada təşkil olunan qitə birinciliyində oğlanlar arasında Səyyad Dadaşov (51 kq), qızlar arasında isə Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

İlk yarış günü isə 45 kq çəki dərəcəsində Pünhan Mürsəlov yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurmuşdur.

Beləliklə, komandamız aktivinnə iki qızıl və bir bürünc medal əlavə edib.

Xatırladaq ki, Avropa birinciliyinə 15 noyabrda yekun vurulacaq. \\Report