İki türk ölkəsi sərhədlərlə bağlı SAZİŞ İMZALADI
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Türkmənistana rəsmi səfəri zamanı iyirmi ikitərəfli sənəd, o cümlədən dövlət sərhədinin delimitasiyası haqqında saziş imzalanıb.Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə tərəflər əldə etdikləri razılaşmalar arasında sərhədlərin hüquqi möhkəmləndirilməsinə dair müqavilələrin əhəmiyyətinə diqqət çəkiblər.
Bundan başqa, prezidentlər metallurgiya, maşınqayırma, neft-kimya, qida və əczaçılıq sənayesi, həmçinin kənd təsərrüfatı məhsulları, ilk növbədə, un və buğdanın tədarükünü artırmaq məsələlərini də müzakirə ediblər.
Görüşdə, eyni zamanda, Qazaxıstanın Türkmənistan qazının idxalını əhəmiyyətli dərəcədə artırmağa hazır olduğu qeyd edilib.
Tərəflər regional və qlobal gündəlikdəki məsələləri də müzakirə ediblər. \\Axar.az