📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İki-üç ildən sonra müəllimlərin maaşı 1000 manatdan yuxarı olacaq“ - Nazir

2023-02-27 16:01:00

“İki-üç ildən sonra müəllimlərin maaşı 1000 manatdan yuxarı olacaq“ - Nazir

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. 

O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb: "İki-üç ildən sonra müəllimlərin orta aylıq maaşının 1000 manatdan yuxarı olacağını gözləyirik. Hazırda 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır". 

Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb. (APA)