📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İKİTƏRƏFLİ DANIŞIQLARA GETMƏK OLMAZ...” – Sarqsyan Əliyevlə birbaşa danışıqlardan çəkindiyini etiraf etdi

2023-11-25 13:50:18

“İKİTƏRƏFLİ DANIŞIQLARA GETMƏK OLMAZ...” – Sarqsyan Əliyevlə birbaşa danışıqlardan çəkindiyini etiraf etdi

“Düşünmürəm ki, Ermənistan Azərbaycanın ikitərəfli danışıqlar təklifini qəbul edib. Bununla belə, (Ermənistan) Xarici İşlər Nazirliyinin bəyanatı bir qədər çaşqınlıq yaratdı: onlar demədilər - biz qəbul edirik, ya qəbul etmirik, çünki bu barədə düşünməlidirlər”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan noyabrın 24-də məhkəməsi keçirilən binanın yaxınlığında jurnalistlərlə söhbətində deyib.

Sarqsyan hesab edir ki, Azərbaycanla ikitərəfli danışıqlar aparmaq Ermənistan üçün təhlükəlidir və məhz buna görə o, Prezident olarkən İlham Əliyevlə ikitərəfli danışıqlardan çəkinib: “Təbii ki, ikitərəfli danışıqlar təklifi qəbul edilə bilməz. Xatırlatmaq istərdim ki, Ermənistanın indiki idarəçisi məni qınamaq və ya sancmaq istəyəndə deyir ki, “baxın, o, Əliyevlə danışıqlar aparmayıb, amma mən aparıram”. Biz bu danışıqların nəyə gətirib çıxardığını gördük. Söhbət ondan gedir ki, bu danışıqların nəticəsini hansısa başqa qüvvə, qüdrətli ölkə təmin etməlidir. Əgər zəmanət yoxdursa, bu kağız kimə lazımdır? Tərəflərdən hər biri bu müqavilələri poza bilər. Təsadüfi deyil ki, dünyanın üç güclü ölkəsi “artsax” məsələsi ilə bağlı danışıqlarımıza həmsədrlik edirdi”.

Sarqsyan Paşinyana Əliyevlə ikitərəfli, vasitəçi olmadan danışıqlar aparmamağı məsləhət görüb: “Əminəm ki, ikitərəfli danışıqlar dalana dirənəcək və əgər nəsə alınarsa belə, bu, bizə gələcək vəd etməyən böyük güzəştlərlə olacaq”.

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan iki ölkənin sərhədində sərhədlərin demarkasiyası ilə bağlı görüşlərə razılıq veriblər. Lakin Ermənistan rəhbərliyi ölkə rəhbərləri səviyyəsində birbaşa danışıqlardan qaçır. Bu da bir daha özünə yeni “ağalar” axtaran İrəvanın vaxt uzatmaqla məşğul olduğunu və sülh prosesində maraqlı olmadığnı göstərir.

AzPolitika.info