İl-76- da ölən ekipaj üzvlərinin adları açıqlandı
Orenburq vilayətinin qubernatoru və hökumətinin ofisi Telegram kanalında ötən gün Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin həlak olan ekipaj üzvlərinin siyahısını dərc edib .
Hurriyyet.az xəbər verir ki, hadisənin qurbanları arasında komandir Bezzubkin, komandir köməkçisi Çmirev, şturman Vısokin, bort mühəndis Piluev, bort mühəndis Jitenev, bort radio operatoru Sablinski var.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində altı ekipaj üzvü, Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən 65 əsgəri , eləcə də onları müşayiət edən üç nəfər olub.
Dövlət Dumasının deputatı Andrey Kartapolovun sözlərinə görə,Ukrayna İl-76-nı "Patriot" və a IRIS-T zenit-raket kompleksindən üç raketlə vurub.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kiyev hərbi əsirlərin mübadiləsinə hazırlıqdan xəbərsiz qala bilməzdi. O, həmçinin vurğulayıb ki, Moskva hazırda təyyarə qəzası ilə bağlı faktları və Kiyevin “bu cinayəti” törətməsinin səbəblərini müəyyənləşdirir.
publika.az