📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İldırım vuran adam sağ qaldı

2021-12-27 13:20:00

İldırım vuran adam sağ qaldı

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta şəhərində ildırım vurmuş 35 yaşlı təhlükəsizlik işçisi Əbdül Rosyid sağ qalıb.

Xəbəri CNN İndoneziya kanalı yayıb. Cakartanın Silinsinq rayonunda baş vermiş hadisə təhlükəsizlik kamerasına həkk olunub. Videoda ildırımın həmin şəxsin bədənini vurmasından sonra qığılcımlar çıxdığı və Rosyidin yerə yıxıldığı görünür. Ətrafdakı digər təhlükəsizlik işçiləri Rosyidə yardım ediblər. Xəbəri Silinsinq rayon polis rəisi də təsdiqləyib. Rosyid xəstəxanada reanimasiyaya yerləşdirilib. Hazırda Rosyid sağalaraq evə buraxılıb.

Hürr Tərcüman