📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əiyev sərəncam imzaladı

2022-04-09 15:13:00

İlham Əiyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.