📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

2024-02-19 11:50:29

İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 

President.az