📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

2024-12-25 13:02:01

İlham Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".