"İlham Əliyev Azərbaycanı çox ciddi təhdidlərdən xilas edib" - ZAUR MƏMMƏDOV
"Zelenskini və Ukrayna xalqını qabağa verənlər geosiyasi ambisiyalarını həyata keçirirlər"
"Ukraynadakı müharibə hegemon dövlətlərin əsəridir. Zelenskini və Ukrayna xalqını qabağa verənlər geosiyasi ambisiyalarını həyata keçirirlər". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.
Politoloq bildirib ki, vaxtilə ABŞ-İran, ABŞ-Rusiya və sair geosiyasi proseslərdə Azərbaycana da bir sıra təkliflər edilmişdi: "Lakin ölkəmiz bütün hallarda müxtəlif beynəlxalq aktorlar arasındakı ziddiyyətlərdə tərəf tutmadı, ərazilərimizin kimlərinsə hərbi - siyasi sınaq poliqonuna çevrilməsinə imkan vermədi. Baxın, budur müdriklik".
Bakı Politoloqlar Klubunun sədri əlavə edib ki, prezident İlham Əliyev Azərbaycanı çox ciddi təhdidlərdən xilas edib.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az