📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev azərbaycanlı professoru təltif etdi - FOTO

2024-11-25 15:04:06

İlham Əliyev azərbaycanlı professoru təltif etdi - FOTO

Prezident İlham Əliyev Gövhər Baxşəli qızı Baxşəliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hurriyyyet.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, G.Baxşəliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, G.Baxşəliyeva filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvüdür.