"İlham Əliyev böyük şahmat taxtasında müdrik gedişlər etməklə böyük fiqurları neytrallaşdırdı" - ZAUR MƏMMƏDOV
"Qalib Azərbaycan yeni milli ideyalarla möhkəmlənməyə yalnız İlham Əliyevin başçılığı altında davam edə bilər"
"Cənab Prezidentə nəinki Azərbaycanda, heç dünyada rəqib yoxdur. Coğrafi cəhətdən kiçik Azərbaycan, dünyanın ən çətin bölgələrinin birində yerləşən Azərbaycan, məhz İlham Əliyevin sayəsində sözün həqiqi mənasında əsl qalib dövlət oldu". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Bakı Politoloqlar Klubunun rəhbəri əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev səbrlə, düşünməklə, gələcəyi düzgün təhlil etməklə, böyük şahmat taxtasında müdrik gedişlər etməklə böyük fiqurları neytrallaşdırdı və məqsədinə nail oldu: "Qalib Azərbaycan yeni milli ideyalarla möhkəmlənməyə yalnız İlham Əliyevin başçılığı altında davam edə bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az