📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

2026-04-06 10:32:06

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.

"Report"un Tbilisiyə ezam olunan əməkdaşı xəbər verir ki, şəhərin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.