📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev iki fərmanda dəyişiklik etdi

2024-06-01 16:14:37

İlham Əliyev iki fərmanda dəyişiklik etdi

Prezident İlham Əliyev "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Hurriyyet.az bildirir ki, fərmana əsasən, "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" fərmanın 1-3-cü və 8-ci hissələri ləğv edilib.

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" fərmanın 1.1.5-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunub və 1.2-ci bəndi ləğv edilib.

Bu fərman 2024-cü il iyunun 3-dən qüvvəyə minir.