📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev İspaniya kralına başsağlığı verib

2026-10-29 20:42:31

İlham Əliyev İspaniya kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı İspaniya kralı VI Felipeyə başsağlığı məktubu göndərib.

Modern.az xəbər verir ki, dövlət başçısı məktubda həlak olanların ailələrinə və yaxınlarına, İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.